İraq ordusu ölkə ərazisində İŞİD-in nəzarətində olan son sığınacağı Əl-Qaim şəhərinə daxil olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, öncə Huseybə sərhəd məntəqəsi ələ keçirilib, daha sonra şəhərin mərkəzinə doğru əməliyyat başlayıb.
Məlumata görə, müqavimət göstəməkdə çətinlik çəkən terrorçular Fərat çayına doğru qaçmağa başlayıblar.
Qeyd edək ki, şəhər tam ələ keçirilərsə İraq torpaqlarında İŞİD işğalı altında heç bir ərazi qalmayacaq.