İŞİD-in pullarını idarə edən şəxs də öldürüldü

isid-in-pullarini-idare-eden-sexs-de-olduruldu
Oxunma sayı: 651

ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Deyr-əz-Zor vilayətinin Əbu Kamal qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində İŞİD-in maliyyə işlərinə baxan Favaz Məhəmməd Cubeyr əl-Ravi öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əl-Ravi 16 iyunda öldürülsə də xəbər yeni açıqlanıb.

Onun terror aktlarının törədilməsi üçün  milyonlarla dollar pul köçürdüyü, terrorçuların vəsaitlərinin digər ölkələrə ötürdüyü bildirilir.

Qeyd edək ki, bu yaxınlarda İŞİD-in baş müftisi də öldürülmüşdü.