“İŞİD-in sayılı günləri qalıb” - ABŞ Müdafiə naziri

isid-in-sayili-gunleri-qalib
Oxunma sayı: 634

ABŞ Müdafiə naziri Ceyms Mettis İŞİD terror qruplaşması üçün sayılı günlərin qaldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Mettis gözlənilməz Bağdad səfəri zamanı danışıb. Nazir qruplaşmanın məğlubiyyəti haqda danışmağın isə hələ tez olduğunu vurğulayıb:

“Gördüyünüz kimi İŞİD rəqib gücləri arasında sıxılır. Beləliklə, İŞİD-in günləri sayılıdır, lakin onların axırına çıxmamışıq və bu, yaxın vaxtlarda baş tutmayacaq". 

O, həmçinin bildirib ki, yüksək hərbi rəhbərlik öz işini sakit görməlidir, döyüşün mümkün nəticələri ilə bağlı proqnozlardan qaçmalıdır.