İŞİD-in Yəməndəki düşərgələri məhv edildi

isid-in-yemendeki-dusergeleri-mehv-edildi
Oxunma sayı: 833

ABŞ silahlı qüvvələri Yəməndə antiterror əməliyyatı keçirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Penqaton məlumat yayıb.

Məlumata əsasən, əməliyyatlar Əl-Beyd vilayətində keçirilib. İŞİD-in iki təlim düşərgəsinə zərbələr endirilib. Nəticəsində onlarla terrorçu öldürülüb.

Pentaqon əməliyyatın təfərrüatlarını açıqlanmır.