İŞİD kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürdü

isid-kilseye-hucuma-gore-mesuliyyeti-uzerine-goturdu
Oxunma sayı: 1029

İŞİD terror qruplaşması Misirin paytaxtı Qahirə şəhərində kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan "SITE" saytı məlumat yayıb.

Misirin DİN-nin məlumatına əsasən, terrorçu motosikletdə kilsəyə hücum edib. Nəticədə terrorçu və polislər arasında atışma baş verib. İnsident nəticəsində 1 polis əməkdaşı və 6 mülki vətəndaş həlak olub, 4 nəfər isə yaralanıb. Terrorçu polislər tərəfindən yaralı olaraq ələ keçirilib. Onun üzərində avtomat və çox sayda güllə olub.

Tibbi mənbələrin verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb və bir o qədər də insan yaralanıb. Ölənlərdən üçü polis əməkdaşı olub. Terrorçuların beş nəfər olduğu, onlardan üçünün hadisə yerində öldürüldüyü bildirilir. Daha ikisinin axtarışları davam edir.