“İŞİD lideri əl-Bağdadi sağdır” - Pentaqon rəhbəri

isid-lideri-el-bagdadi-sagdir
Oxunma sayı: 639

“İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi böyük ehtimalla sağdır”.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu cür bəyanatla Pentaqon rəhbəri Ceyms Mettis çıxış edib. 

“İŞİD liderinin yaşadığını düşünürəm  və onu öldürdüyümüz təqdirdə bunun əksini düşünə bilərəm. Hələ ki, onu axtarırıq”, - deyə C. Metttis söyləyib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi iyunun 16-da Əl-Bağdadinin zərərsizləşdirildiyinə dair xəbər yayıb.