İŞİD lideri sağdır?

İŞİD lideri sağdır?
Oxunma sayı: 56

Ötən həftə öldüyü deyilən İŞİD lideri Əbubəkr əl-Bağdadinin sağ olduğu iddia edilir.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu iddia ilə kürd anti-terror qüvvələrinin yüksək rütbəli nümayəndəsi Lahur Talabani çıxış edib.

Onun sözlərinə görə, çox güman ki, Əl-Bağdadi sağdır və Rakka şəhərindən cənubdadır.

Qeyd edək ki, daha əvvəl bənzər iddianı İraqın terrorizmə qarşı mübarizə və informasiya idarəsinin rəhbəri Abu Əli əl-Bəsri səsləndirmişdi. O, öldüyü deyilən İŞİD liderinin Rakkanın yaraqlıların nəzarətində olan hissəsində gizləndiyini bildirmişdi.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi