İŞİD lideri yaralandı - Vəziyyəti ağırdır

isid-lideri-yaralandi
Oxunma sayı: 3439

İŞİD terror təşkilatının qurucusu və lideri Əbu-Bəkir əl-Bağdadi yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, əl-Bağdadinin vəziyyəti ağırdır.

Onun İraq Hava Qüvvələrinin İŞİD-ə etdiyi hava hücumları nəticəsində yaralandığı, çox sayda terrorçunun öldüyü deyilir.

Qeyd edək ki, ötən il Rusiyanın aviazərbələri zamanı Bağdadinin öldüyü açıqlanmış, lakin sonradan bu fakt təsdiqini tapmamışdı.