İŞİD Mərkəzi Asiyada yeni dayaq mərkəzi yaradır - MDB-dən bəyanat

isid-merkezi-asiyada-yeni-dayaq-merkezi-yaradir
Oxunma sayı: 1216

İŞİD terror qruplaşması Mərkəzi Asiya regionunda “xilafət”in yeni dayaq mərkəzlərini yaratmağa çalışır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MDB iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin (MDB ATM) rəhbəri Andrey Novikov bəyanat verib. Onun sözlərinə görə, İŞİD həmin regionda çoxdan yaradılmış olan “yatmış camaatı” aktivləşdirmək niyyətindədir. 

Qırğızıstan baş nazirinin müavini Jeniş Razakov isə bildirib ki, Əfqanıstandan gələn terror təhlükəsi güclənir, beynəlxalq terror təşkilatının üzvləri isə Mərkəzi Asiya ölkələrinə sızmağa başlayıblar: “Bütün bunlar bizim regionda və MDB-də terror təhlükəsini uzunmüddətli edir. Əsas narahatlıq doğuran fakt isə odur ki, terror təşkilatının üzvləri vəziyyəti gərginləşdirmək məqsədi ilə Əfqanıstanın şimalından Mərkəzi Asiya regionu ərazisinə daxil olmaq cəhdindən vaz keçmirlər".