İŞİD məsuliyyəti üzərinə götürdü

isid-mesuliyyeti-uzerine-goturdu
Oxunma sayı: 1231

İŞİD terror qruplaşması Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən teraktın məsuliyyətini üzərinə götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Xatırladaq ki, insident çərşənbə axşamı Nyu-Yorkda, Manhettenin cənub-qərbində qeydə alınıb. Özbəkistan vətəndaşı Seyfulla Saipov yük maşını ilə piyada və velospiedçilərin üzərindən keçib. Daha sonra məktəb avtobusu ilə toqquşub.

Federal Təhlükəsizlik Xidməti (FTB) avtomobildə məktub tapıb. Saipov məktubda terroru İŞİD-in adından törətdiyini qeyd edib.

Terrora dəstək və terror aktı törəməkdə günahlandırılan Saipovu ölüm hökmü gözləyir.