İŞİD neft yatağını ələ keçirməyə çalışdı

isid-neft-yatagini-ele-kecirmeye-calisdi
Oxunma sayı: 1633

İŞİD terror təşkilatının üzvləri Suriyanın Deyr əz-Zor şəhərinə hücum ediblər.

“Qafqazinfo” xəbər verir ki, terrorçuların əsas məqsədi ölkədəki ən böyük neft yatağını ələ keçirmək olub.

Terrorçular bomba yüklü nəqliyyat vasitələri ilə şəhərdəki ABŞ əsgərlərinin bazalarına da hücum ediblər.

Koalisiya qüvvələrinin havadan zərbələri nəticəsində terrorçulara böyük itkilər verərək geri çəkilmək məcburiyyətində qalıblar.

Bununla yanaşı, 1 mülki şəxs həlak olub, 5-i isə xəsarət alıb.