İŞİD öz valyutasını buraxmağa başladı- - "İslam dinarı"

isid-oz-valyutasini-buraxmaga-basladi-
Oxunma sayı: 1632


“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, terror təşkilatı tərəfindən buraxılan sikkələrə “islam dinarı” adı verilib.

“İslam dinarı”nın yaxın zamanlarda dövriyyəyə buraxılacağı nəzərdə tutulub. Bir qızıl dinarının dəyərinin 139 ABŞ dollarına bərabər olacağı qeyd olunur. İŞİD sikkələrinin təsviri sosial şəbəkələrdə yayılmağa başlayıb. Pulun üzərində 7 sünbül və dünya xəritəsinin təsviri sıxılıb.

Məlumatlara görə, İŞİD sikkələri VII əsrdə Osman ibn-Əffan dövründə mövcud olmuş dinar pullara bənzədilib.

Qeyd edək ki, öz valyutasını buraxacağını İŞİD keçən ilin noyabrında bəyan etmişdi.