İŞİD partlayışa görə məsuliyyəti üzərinə götürüb

isid-partlayisa-gore-mesuliyyeti-uzerine-goturub
Oxunma sayı: 992

İŞİD terror təşkilatı Əfqanıstanın paytaxtı Kabil şəhərindəki baş vermiş partlayışa görə məsuliyyəti üzərinə götürüb.

“Qafqazinfo”  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ekstremistlərin fəaliyyətini izləyən SITE saytı məlumat yayıb.

Məlumata əsasən, intiharçı terrorçunun Kabilin PD9 rayonunda törədiyi partlayış zamanı 15 nəfər ölüb, daha 25 nəfər isə xəsarət alıb.

SITE-nin məlumatında isə 80 polis əməkdaşının öldüyü və yaralandığı bildirilir.