İŞİD Suriya və İraqda nəzarət etdiyi torpaqların 95 faizini itirib

isid-suriya-ve-iraqda-nezaret-etdiyi-torpaqlarin-95-faizini-itirib
Oxunma sayı: 787

İŞİD terror qruplaşmasına qarşı aparılan əməliyyatlar nəticəsindən Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizindən məhrum edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin xüsusi nümayəndəsi Yan Kubiş Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.

O, İŞİD üzərinə qələbənin çox baha başa gəldiyini bildirib.

“Minlərlə hərbçi və dinc sakin öldürülüb və ya yaralanıb. Minlərlə qadın dul, uşaq yetim qalıb, yüz minlərlə uşaqların beyni yuyulub, xeyli insan təhsilsiz qalıb. Bütöv şəhərlər dağıntılar altında qalıb, 6 milyona yaxın insan evlərini tərk edib”,-deyə vurğulayıb.