İŞİD üçün 60 alman vətəndaşı ölüb

isid-ucun-60-alman-vetendasi-olub
Oxunma sayı: 924


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın konstitusiya müdafiəsi federal xidmətinin rəhbəri Hans-Georg Maasen bildirib.

“Federal xidmətinin məlumatına görə, əslən Almaniyadan olan İD-nin 60 terrorçusu hazırda həlak olublar. Bu islamçı təbliğatın acınacaqlı bir uğurudur”, - Maasen Welt am Sonntag nəşrinə müsahibəsində bildirib.

Maasenin sözlərinə görə, təxminən 550 alman Suriyaya və İraqa gediblər, onların çoxu İD-nin sıralarına qoşulublar. Onlardan 180-dən çoxu vətənə qayıdıb.

Xəbər verildiyi kimi, Almaniya polisi genişmiqyaslı əməliyyat zamanı terror birləşmələri, o cümlədən “İslam dövləti” (İD) ilə əlaqədə şübhəli bilinən doqquz nəfər saxlayıb