İŞİD üzvünə hökm oxundu

İŞİD üzvünə hökm oxundu
Oxunma sayı: 532

Bakı Ağır Cinayətlər Məhkəməsində "İŞİD"in tərkibində döyüşməkdə təqsirləndirilən Həsrət Əliyevə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Səbuhi Əliyevin icraatında olan prosesdə H.Əliyev son sözlə çıxış edərək əməlini etiraf edib və peşman olduğunu bildirib:  "Məqsədim bu idi ki, dinc əhalinin ölümünə qarşı çıxım. Həmin vaxt getməyə qadağa da yox idi, bilsəydim getməzdim. Gələndən sonra da ailə qurdum, indi azyaşlı iki övladım var". 

Məhkəmə kollegiyasının hökmü ilə H.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi