İşığınız sönəcək

isiginiz-sonecek
Oxunma sayı: 4291

Noyabrın 19-dan 23-dək bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatda bildirilib.

Buna səbəb Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi daşıyır.

Bu səbəbdən də Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabrdan 23 noyabra qədər bəzi ərazilərdə elektrik enerjisi verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatlığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.