İşıqlar 1 saat söndürüldü

isiqlar-1-saat-sonduruldu
Oxunma sayı: 1293

"Yer saatı” Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF) tərəfindən keçirilən və diqqətini iqlim dəyişikliyi, ətraf mühitin qorunmasına yönəldən aksiyadır. Hər il martın son şənbə günü bütün dünyada milyonlarla insan bu aksiyada iştirak edir və simvolik olaraq elektrik enerjisindən istifadəni bir saatlıq dayandırır. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, IDEA İctimai Birliyi Azərbaycan üzrə 5-ci dəfə rəsmi ölkə koordinatoru qismində “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmək hüququnu əldə edib.

Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun  və Mingəçevir Gənclər Evinin xüsusi dəstəyi ilə birlikdə  Mingəçevirdə “Yer saatı” aksiyası həyata keçirilib.

100-ə yaxın gəncin qatıldığı aksiyada  iştirakçılara “Yer Saatı” nın  tarixi və  əsas  məqsədi  haqqında məlumat verilib.

Qeyd edək ki, aksiya zamanı Mingəçevir şəhərində yerləşən “Asan Xidmət” , “Asan Peşə” kimi dövlət qurumlarının fasad işıqları bir saat söndürülüb.