İslahatçılar parlament seçkilərinə qatılmaycaq

islahatcilar-parlament-seckilerine-qatilmaycaq
Oxunma sayı: 658

Görüşdə Mehdi Kərrubi islahatçıların qarşıdan gələn parlament seçkisinə qatılmayacağını bəyan edib.

İranda növbəti parlament seçkisi 2012-ci ilin martında keçirilməlidir.

“Media forum” saytının məlumatına görə, Kərrubinin qarşıdan gələn parlament seçkisi ilə bağlı mövqeyini Fatimə Kərrubi görüşdən sonra jurnalistlərə açıqlayıb.

Mehdi Kərrubi xanımı vasitəsilə tərəfdarlarına etdiyi müraciətində hakimiyyətin parlament seçkisini yuxarıdan yönləndirmək niyyətində olduğunu, saxta seçki keçirmək istədiyini vurğulayıb: “Mən İran İslam Respublikası rəsmilərinin mövqeyindən belə bir nəticəyə gəlmişəm ki, hakimiyyətdə olan bu cənablar xalqın səsinə zərrə qədər inanmırlar. Məhz buna görə də onlar indidən saxta bir seçki keçirməyə hazırlaşırlar.

Xalqın narazılığından xəbərdar olan bu cənablar bəzi seçki dairələrini ləğv etmək, seçkini saxtalaşdırmaq, buna etiraz bildirənləri isə tutub dama basmaq niyyətindədirlər. Onlar ölkədə qorxu, vahimə yaratmaqla təhlükəsizlik qüvvələrinin zoru sayəsində 2009-cu ildə keçirilmiş prezident seçkisi dövründəki oyunları təkrarlamağa çalışırlar”.