“İslam dini çətin vaxtlarını yaşayır” - - prezident

islam-dini-cetin-vaxtlarini-yasayir-
Oxunma sayı: 1628


“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Kazanda keçirilmiş tədbirlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan din xadimlərinin nümayəndə heyəti iştirak edib.

Nümayəndə heyətinin tərkibinə QMİ sədrinin birinci müavini müfti Salman Musayev, Bakı və Azərbaycan Rus Pravoslav kilsəsinin arxiyepiskopu Aleksandr İşşein və başqaları daxil olublar.

Təntənəli tədbirlərdə iştirak edən nümayəndə heyətləri Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşüblər. Tatarıstan Prezidenti deyib: “Bu torpaqda ulu babalarımız İslam dininə etiqad etmək kimi taleyüklü qərar qəbul etmişlər. Biz bu müqəddəs yeri qoruyub saxlaya bilmişik və bu gün bu məkan ziyarətgah olmaqla yanaşı, həm də turistlərin gəldikləri bir yerdir”.

Sonra müsəlman icmaların görüşdə iştirak edən liderləri iştirakçıları salamlayıblar. Qonaqlar böyüməkdə olan nəsil ilə aparılan işin əhəmiyyətini vurğulayıb, dində ekstremizm təzahürlərinə qarşı birlikdə mübarizə aparmağa hazır olduqlarını bildiriblər.

Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tacuddin xatırladıb ki, bir gün əvvəl Tatarıstanda din xadimlərinin forumu keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Müsəlmanları Məsləhət Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə toplaşanlara müraciət edərək xüsusi vurğulayıb ki, tatar xalqı həmişə öz tarixinə, ənənələrinə, qaynaqlarına böyük diqqət yetirib: “Bu gün bizim buraya toplaşmağımız onu göstərir ki, biz birlikdəyik”.

Şeyxülislam Prezident İlham Əliyevin və Azərbaycan xalqının səmimi təbriklərini və xoş arzularını Prezident Rüstəm Minnixanova və bütün Tatarıstan xalqına çatdırıb. Şeyxülislam A.Paşazadə deyib: “Qardaş xalqlarımızı birləşdirən əsas tarixi vəsilə müqəddəs İslam dinidir. Hər dəfə mən sizin bəxtiyar ölkənizə gələndə Tatarıstan müsəlmanlarının həyatında İslam ənənələrinin dirçəldilməsi və möhkəmləndirilməsi ilə əlaqədar faydalı dəyişiklikləri görüb sevinirəm. Burada mənəviyyatın inkişafına əhəmiyyət verilməsi, tatar xalqının milli və mədəni irsinə qayğı ilə yanaşılması hər cür tərifəlayiqdir. Rusiya dövlətinin və hökumətinin qayğısı, respublika rəhbərinin səyləri, habelə Tatarıstan Ruhani İdarəsinin himayəçiliyi ilə keçirilən tədbirlər sayəsində Tatarıstan Rusiyanın müsəlman dini-mənəvi mərkəzlərindən birinə çevrilmişdir”.

Görüşdə Tatarıstan, Qazaxıstan, Qırğızıstan, Belarus, Türkiyə və Ukrayna müftiləri də çıxış ediblər.

Tatarıstan Respublikasının Prezidenti şeyxülislama və görüşün digər iştirakçılarına təşəkkür edib. “Biz həmfikirlərik, İslamı təbliğ edirik. Dinimiz çətin vaxtlarını yaşayır. Terrorizmin dini yoxdur. Buna görə də biz hamımız əlbir olmalı və belə təzahürlərə birlikdə qiymət verməliyik. İslam yalnız xeyri təbliğ edir, ulu babalarımız bizi belə öyrədiblər” – deyə, o əlavə edib.