“İslam dünyası” sərgisi keçiriləcək

islam-dunyasi-sergisi-kecirilecek-
Oxunma sayı: 646

“Qafqazinfo”nun islam.ru saytına istinadən xəbərinə görə, bu ilin dekabrın 17-dən 19-dək keçirilən sərgidə Fransa müsəlmanları İslam peyğəmbəri Hz. Məhəmmədin (s) həyatı və insanlara mesajlarını çatdırmaq niyyətindədirlər.
Fransanın İslam Təşkilatları İttifaqı tərəfindən təşkil edilmiş tədbirə Avropanın müxtəlif ölkələrindən müsəlmanlar və müsəlman olmayanlar dəvət ediliblər.
Sərgiyə gələnlər İslam dini ilə bağlı ekspozisiyalarla tanış ola, tanınmış ilahiyyatçı alimlərin çıxış edəcəyi seminarlarda iştirak edə biləcəklər. Sərgi çərçivəsində həmçinin İslam peyğəmbərinə həsr edilmiş poeziya və Quran qiraəti müsabiqəsi keçiriləcək.