İslam düşmənlərinin yürüşü biabırçılıqla başa çatıb

islam-dusmenlerinin-yurusu-biabirciliqla-basa-catib
Oxunma sayı: 631

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, Danimarkanın ikinci böyük şəhəri olan Aarhusda islam düşmənlərinin “Avropanın İslamlaşdırılmasına qarşı” şüarı ilə keçirdikləri nümayiş “baş tutub”.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Avropanın müxtəlif ölkələrindən yürüşdə iştirak etmək üçün cəmi 200 nəfərin gəlməsi islam düşmənlərinin rüsvay olmasına səbəb olub. Habelə məlumatda nümayiş təşkilatçılarının Aarhusa islamın yayılmasına qarşı olan minlərlə insanı toplayacağına dair vədlərinin boşa çıxdığı da öz əksini tapıb.

“Frans-Press” informasiya agentliyinin məlumatında yürüş əsnasında təxminən 200-dək islam düşmənini qarşılayan 2000-dən çox islam tərəfdarları arasında baş verən toqquşmadan sonra polis 80 nəfəri saxlayıb. Məlumatda sözügedən islam tərəfdarları arasında xeyli sayda solçunun olduğu da bildirilib.