İslam Kərimovun səlahiyyət müddəti azaldıldı

islam-kerimovun-selahiyyet-muddeti-azaldildi
Oxunma sayı: 629

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, qanunvericilik və məhkəmə-hüquq məsələləri üzrə senat komitəsinin sədri Svetlana Artıkova bildirib ki, bu qanun layihəsi prezident tərəfindən dövlət idarəçiliyində demokratik prinsiplərin, parlamentin sosial- iqtisadi, ictimai-siyasi dəyişikliklərin həyata keçirilməsində rolu və dəyəri, həmçinin əksər inkişaf etmiş ölkələrdə qəbul edilən dövlət quruculuğu praktikasının gücləndirilməsi məqsədilə irəli sürülüb.

Qeyd edək ki, bu qanun aşağı palata tərəfindən 2011-ci ilin noyabrın 10-da qəbul edilib və İslam Kərimovun qanunverici təşəbbüsü hesab edilir.

Səidə