İslam liderləri İsrailə qarşı “Qüds zirvəsi”ndə toplandılar

islam-liderleri-israile-qarsi-quds-zirvesinde-toplandilar
Oxunma sayı: 1221

Fələstində baş verən qətliamdan sonra İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin liderləri İsrailə qarşı atılacaq addımları müzakirə etmək üçün bu gün İstanbulda toplaşıblar.

“Qafqazinfo” xəbər verir ki, “Qüds zirvəsində” açılış çıxışını edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, zirvənin sonunda Qüdsün tarixi statusunun dəyişdirilməsinə izn verməyəcəklərini bəyan edəcəklər: “ABŞ rəhbərliyi səfirliyini Qüdsə daşıyaraq böyük bir təxribata imza atıb. İsrailin işğal və şiddət siyasətinin başa çatmasının vaxtı yetişib. Hesab vermələrini təmin etməliyik. Başda BMT olmaqla beynəlxalq quruluşlar bu məsələdə lazımi tədbirləri görməlidir. Fələstinli qardaşlarımıza iqtisadi olaraq da dəstək olmalıyıq”. 

Zirvədə iştirak etmək üçün İran və Əfqanıstan prezidentləri Həsən Ruhani ilə Əşrəf Qani Əhmədzai də İstanbula gediblər.