İslam ölkələrinin rəhbərləri İstanbula toplanır - Qüds üçün zirvə görüşü

islam-olkelerinin-rehberleri-istanbula-toplanir
Oxunma sayı: 2773

İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə yığıncağı dekabrın 13-də İstanbulda keçiriləcək.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın məlumat verib.

Onun sözlərinə görə, yığıncaq Qüdsün İsrailin paytaxtı elan edilməsi ilə bağlı təcili olaraq keçiriləcək.

O, Qüdsün tarixi, dini və hüquqi statusu ilə İsrailin paytaxtı elan edilməsinin dəhşətli nəticələrə yol açacaq tarixi bir səhv olacağını söyləyib.

Qeyd edək ki, Ərdoğan, məsələ ilə bağlı Fələstin dövlət başçısı Mahmud Abbas başda olmaqla Ərəb dünyasından bir çox liderlə, o cümlədə Malayziya, Tunis, İran, Qətər, Səudiyyə Ərəbistanı, Pakistan, İndoneziya dövlət və hökumət rəhbərləri ilə telefon danışığı aparıb.