İslam Oyunları günlərində tələbələr dərsdən azad olunacaq?

İslam Oyunları günlərində tələbələr dərsdən azad olunacaq?
Oxunma sayı: 2305

İslam Oyunları keçirilən ərəfədə  tələbələrin dərsdən azad olunacağı ilə bağlı məlumatlar yayılıb. Tələbələrdən bir neçəsi “Qafqazinfo”ya müraciət edərək oyunların keçirildiyi 10 gün ərzində paytaxtda baş verəcək sıxlığın qarşısının alınması məqsədilə belə bir addım atılacağını iddia edirlər. 

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün bir neçə ali məktəblə əlaqə saxlayıb. Azərbaycan Pedaqoji Universitetinin Mətbuat Xidmətinin rəhbəri Mənsur İbrahimov bildirib ki, İslam Oyunları keçirilən ərəfədə tələbələrin guya, 10 gün müddətinə dərsdən azad olunacağı ilə bağlı yayılan məlumatalar həqiqəti əks etdirmir: “Oyunların keçirildiyi ərəfədə də universitetdə tədris prosesi adi qaydada davam edəcək”. 

Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətinin rəhbəri  Nicat Abdullayev  universitetdə belə bir halın olacağını düşünmür: “Çünki İslam oyunları dərs vaxtına düşür və universitet olaraq bizim üçün öncə tədris prosesidir. Bundan əlavə, tələbələrin hər hansı bir məsələ ilə bağlı dərslərdən azad edilməsi universitetin səlahiyyətində deyil. Bu, rəsmi bir prosedurdur və bunun üçün müafiq icra strukturlarının qərarı olmalıdır. Tələbələrimiz dərslərlə paralel olaraq ictimai fəaliyyətlərini davam etdirərək, digər mötəbər tədbirlərdə olduğu kimi İslam oyunlarında da ölkəmizi layiqincə təmsil edəcəklər”.

Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova da yayılan məlumatların doğru olmadığını vurğulayıb

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi