İslam Oyunlarında 8 hakimimiz idarəçilik edəcək

islam-oyunlarinda-8-hakimimiz-idarecilik-edecek
Oxunma sayı: 643

V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək futbol yarışında Azərbaycanı təmsil edən hakimlər də fəaliyyət göstərəcək. “Qafqazinfo” xəbər verir ki, qarşılaşmalarda 8 referi iş başında olacaq ki, bunların yarısı baş hakim, yarısı isə yan xət xətt hakimi olacaq. 

Baş hakimlər Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Orxan Məmmədov, referi köməkçiləri Zeynal Zeynalov, Yaşar Abbasov, Rza Məmmədov və Namiq Hüseynovdu. Gözlənildiyi kimi, hakimlərin hamısı beynəlxalq dərəcəlidirlər.

Xatırladaq ki, Əliyar Ağayevlə Rəhim Həsənov FİFA referisi kimi qalıblarsa, Orxan Məmmədovun əvəzinə bu il Ömər Paşayev təsdiqlənib.