İslam Partiyası ilə bağlı İsa Qəmbərə müraciət olundu

islam-partiyasi-ile-bagli-isa-qembere-muraciet-olundu
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, müraciət İslam Partiyasının sədr əvəzi Elçin Manafov və həbs edilmiş İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin sədri Natiq Kərimov tərəfindən edilib. Müraciətdə deyilir:


“Hörmətli hüquq müdafiəçiləri! Biz əminik ki, Sizlər də Azərbaycanda həqiqi demokratik, hüquqi dövlətin qurulması ideyasını müdafiə edirsiniz.
Biz inanmaq istərdik və inanırıq da ki, Sizlər heç zaman Azərbaycan İslam Partiyasına və ümumilikdə islamçılara qarşı irəli sürülən saxta, şər və böhtan dolu ittihamları, islamçıların dövlət əleyhinə olmaları iddealarını qəbul etmir və siyasi sifariş əsasında çıxarılan saxta məhkəmə hökmlərini qəbul etmirsiniz.

Sizin insan haqları və hüquqlarının müdafiəçisi kimi şərəfli və məsul bir iş uğrunda və Azərbaycanda qanunun aliliyi uğrunda mübariz insanlar olduğunuzu bir daha bütün cəmiyyətə çatdırmaq üçün AŞPA-nın Baş Katibinin müavini xanım Qabriela Battaini-Draqoni
və AŞPA-nın siyasi məhbuslar problemi üzrə xüsusi məruzəçisi cənab Kristofer Ştrasser aşağıda adları çəkilən islamçılar

1. Abbasov Fəramiz
2. Axundzadə Ruhulla
3. Abdullayev Vaqif
4. İlyasov Fəxri
5. Məmmədyarov Firdovsi
6. Səmədov Dəyanət
7. Səmədov Mövsüm
8. Cəbiyev Azər

Səid Dadaşbəyli qrupu:
1.Ağayev Fərid Nadir oğlu
2.Əliyev Ceyhun Saleh oğlu
3.Əliyev Rəşad İsmayıl oğlu
4.Dadaşbəyli Səid Ələkbər oğlu
5.Qocayev Samir Edik oğlu
6.Quliyev Bəybala Yahya oğlu
7.İdrisov Mikayıl Qərib oğlu
8.Kərimov Rasim Rafiq oğlu
9.Kərimov Cahangir Ramiz oğlu
10.Mehbaliyev Emin Nurəddin oğlunu

həqiqətən siyasi məhbus kimi tanıyacaqsınız və islamçıların siyasi sifariş əsasında saxta ittihamlarla həbs olunmalarını təsdiq edən məktuba imza atacaqsınız.

İnanırıq ki, Sizlər hüquq müdafiəçisi kimi AŞPA-nın xüsusi məruzəçisi Ştrasserin hazırladığı siyasi məhbus siyahısında islamçıların adlarının olmasını və AŞPA-nın yekun qətnəmasinə salınmasını müdafiə edəcək və AŞPA-ya ünvanlanacaq məktubu imzalayacaqsınız.

Biz həmçinin Musavat partiyasının çox hörmətli sədri İsa Qənbərin Musavat divanı üzvülərinin əleyhinə çıxmağın birbaşa Müsavat Partiyası əleyhinə çıxmaq kimi dəyərləndirməsi fikrinə sayğı və diqqətlə yanaşırıq və eyni zamanda inanırıq ki, İsa bəy də AİP sədri Hacı Mövsüm Səmədov başda olmaqla islamçıların siyasi represiya qurbanları olduğuna,onların saxta itthamlarla siyasi sifariş əsasında həbsdə olduqlarına inanır və islamçıların tezliklə azad olunması üçün lazım olan zəruri qərarların qəbulunda ədalətli mövqe tutacaq. Biz inanırıq ki, musavatçılar hər zaman siyasi represiyalara məruz qaldıqları zaman islamçılar tərəfindən mudafiə olunduqları kimi, bizim siyasi məhbuslarımızı da layiqli müdafiə edəcəklər”.