İslam Partiyasına icazə verilmədi

islam-partiyasina-icaze-verilmedi
Oxunma sayı: 645

Partiyanın mətbuat xidmətin rəhbəri Cavid Cabbarlı “Media forum” saytına açıqlamasında deyib ki, mitinq üçün “Ulduz” metro stansiyasının çıxışı və ya “Təbriz” kinoteatrının qarşısı istənmişdi. Meriyadan partiyaya daxil olan cavab məktubunda həmin ərazilərdə aksiyanın təhlükəsizliyini təmin etməyin mümkün olmadığı bildirilib.

Cavid Cabbarlının sözlərinə görə, mitinqi həbs olunan islamçıların azadlığa buraxılması, “Qarabağa azadlıq”, söz azadlığına basqılara son qoymaq şüarları ilə keçirmək nəzərdə tutulurdu.