İslamçılardan Xədicəyə dəstək

islamcilardan-xediceye-destek
Oxunma sayı: 642

Partiyanın Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir ki, ölkəmizdə baş verən son günlərin olayı - “Azadlıq” radiosunun qadın müxbirinə qarşı mənəvi ölçüyə sığmayan hərəkət hər bir qeyrətli, namusa dəyər verən Azərbaycan kişisini narahat edir: “Tərbiyəsizliyin və əxlaqsızlığın bu həddə çatmasını biz ictimai təhlükəli cinayət kimi qiymətləndiririk. Hər hansı bir qadına qarşı belə şantaj əslində bütün qadınlara qarşı təhqir təəssüratı yaradır. Şəxsi həyata müdaxilə və təcavüz, eyiblərin görüntüsünü yaratmaq və yaymaq cəmiyyətdə əxlaqsızlığın, təhqirin təbliğindən başqa bir şey deyil. Dini atributlara, mənəvi dəyərlərə qadağalar yaranan cəmiyyətlərdə belə halların baş verməsi gözləniləndir”.

Bəyanatda həmçinin qeyd olunub ki, X. İsmayılovaya qarşı bu cinayəti törədənlər tapılmalı və layiqli cəzalarına çatmalıdırlar. Əks halda, gələcəkdə hər bir şəxsi, hər bir ailəni bu kimi şantaj və təhqirlər gözləyə bilər.