İslamçıların məhkəməsi təyin oldu

islamcilarin-mehkemesi-teyin-oldu
Oxunma sayı: 693

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, cinayət işi üzrə hazırlıq iclası iyulun 8-nə təyin olunub.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Partiyanın sədri Mövsüm Səmədov barəsində bu il yanvarın 20-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İslam Partiyasının üzvlərinə qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə cinayət işi başlanıb.