İslamı söyən keşişin istintaqı başladı

islami-soyen-kesisin-istintaqi-basladi
Oxunma sayı: 1043


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, pastor Vaytvoll Ceyms MakKonnel İslamı "şeytani din" adlandırıb. Mayın 31-də şənbə moizəsində o bildirib ki, "islam - bütpərəst, şeytani doktrinadır, cəhənnəmdən yaranıb". Bundan başqa, keşiş deyib ki, bütün Britaniyada "müsəlman özəkləri" yaranıb və bu, xristian əhalini təhdid edir. 

Ceyms MakKonneli kilsəyə ibadətə gəlmiş Şimali İrlandiya birinci naziri Piter Robinson dəstəkləyib. Nazir bildirib ki, pastorun yalan doktrinanı ifşa etməyə haqqı var. 

Bu bəyanatlar müsəlmanların polisə müraciət etməsinə səbəb olub. 4,5 milyon əhalisi olan İrlandiyada müsəlmanlar əhalinin 1%-ni təşkil edir. Onların sayı sürətlə artır. 2006-cı illə müqayisədə müsəlmanların sayı 51% artıb.