İslamı təhqirə görə Səudiyyə hollandlara sanksiya tətbiq edib

islami-tehqire-gore-seudiyye-hollandlara-sanksiya-tetbiq-edib
Oxunma sayı: 1409


“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki,  krallığın uyğun fərmanı mayın 17-də çap olunub.

 Fərmana əsasən, hollandiyalı iş adamlarının birbaşa və ya subpodratçılar vasitəsi ilə krallıqda fəaliyyəti qadağandır.

 Niderland vətəndaşları üçün Səudiyyə Ərəbistanına səfər vizasının verilməsi məhdudlaşdırılacaq. Bundan başqa krallıq hər iki dövlətin iş adamlarının qarşılıqlı səfərlərini və işgüzar əlaqələrini yasaqlayıb.

 Məlumata əsasən, 2008-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 1,6 milyard dollar olub.

 Mənbə xatırladıb ki, 2013-cü ildə Gert Vilders İslamın əsas prinsipinin –“Allahdan başqa İlahə yoxdur, Məhəmməd onun elçisidir” yerinə, belə yazıb: “İslam-yalandır, Məhəmməd –cinayətkardır, Quran - zəhərdir ”.

 Niderland hakimiyyəti isə bildirib ki, Vildersin yazdıqları ölkənin rəsmi mövqeyini əks etdirmir.