İşləmək üçün Türkiyəyə gedən azərbaycanlı çayda boğuldu - Video

islemek-ucun-turkiyeye-geden-azerbaycanli-cayda-boguldu
Oxunma sayı: 1722

Trabzonda azərbaycanlı çayda boğulub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, çay tarlasında işləyən azərbaycanlı sərinləmək üçün çaya enib və bu zaman boğulub. O, kəndlilər tərəfindən çıxarılaraq xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Adı dəqiq məlum olmayan şəxsin meyiti yaxınları tərəfindən Azərbaycana gətirilib.

Aysel Kərimova