“İsmayıl hər cümə məsciddə namaz qılırdı...”

“İsmayıl hər cümə məsciddə namaz qılırdı...”
Oxunma sayı: 1805

“Ləki qəsəbəsinin məscidi və axundu var. Hər cümə günü məsciddə namaz qılınır. İsmayıl Adıgözəlov da namaz qılma mərasimlərində həmişə iştirak edib”.

Bunu “Qafqazinfo” ya açıqlamasında Ləki qəsəbə İcra  Ərazi vahidliyi üzrə nümayəndəliyin sədri Fəxrəddin Abbasov məktəblinin intihar etməsindən danışarkən deyib.

O bildirib ki, məktəblinin 13 yaşı olub: “Ailədə heç bir problemi yox idi.  Onu  tanıyanlar bilir ki, İsmayıl yaşına görə alicənab uşaq olub.  Ailədə iki qız, bir oğlan olublar. Atası da işsizdir. Dünən yazdığı məktubu tapıblar. Polis araşdırmaq üçün götürüb. Bu gün 3 mərasimidir.  Məsciddə tək o namaz qılmağa gəlmir ki...Orada çoxlu adamlar namaz qılır”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi