İsmayıllı sakini özünü güllələyib

ismayilli-sakini-ozunu-gulleleyib
Oxunma sayı: 1198

Martın 6-da İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Ruslan Məmmədov evində sərxoş halda döş qəfəsinə tüfəngdən atəş açıb.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib. 

İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı müvafiq sənədləri olmayan “ТОZ-63” markalı ov tüfəngi götürülüb. 

Araşdırma aparılır.