İsmayıllı və Göyçaydakı daşınan məktəblər - Fotolar

ismayilli-ve-goycaydaki-dasinan-mektebler
Oxunma sayı: 641

Aprelin 26-da İsmayıllı və Göyçay rayonlarına mediatur təşkil edilib. 

“Qafqazinfo” xəbər verir ki, mediaturun məqsədi bu bölgələrdə quraşdırılan modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub.

Əvvəlcə media nümayəndələri İsmayıllı rayonunun Yenikənd kənd ümumi orta məktəbinə baş çəkiblər. Məlumat verilib ki, 9 şagirdin təhsil aldığı Yenikənd kənd ümumi orta məktəbi 4 sinif otağı, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir.

Göyçay rayonu Yeniarx kənd orta məktəbin Hacağabəyli kənd sinif komplekti isə 4 sinif otağından, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir.  Məktəbin 16 şagirdinin təlim-tərbiyəsi ilə 4 müəllim məşğul olur. 

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.