İsmayıllı yandı

ismayilli-yandi
Oxunma sayı: 649

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yaranıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası, habelə Aviasiya dəstəsinin 2 ədəd helikopteri və “BE-200 ÇS” markalı amfibiya təyyarəsi cəlb edilib. Yanğının yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb.