İsmayıllıda “BMW” aşdı - 3 ölü, 1 yaralı + Yenilənib + Video

İsmayıllıda “BMW” aşdı
Oxunma sayı: 4456

İsmayıllı rayonunun Lahıc qəsəbəsində “BMW” markalı minik avtomobili yol kənarına aşıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü və 1 nəfər sərnişinin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini, yaralı vəziyyətdə olan digər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb. 

***

Hadisə Lahıc-Dəmirçi yolunun 4-cü kilometrliyində,İsmayıllının Əhən kəndi ərazisində baş verib. İsmayıllıdan Şamaxı İstiqamətində hərəkətdə olan "BMW" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olanlardan 3 nəfər hadisə yerində ölüb. Bir nəfər ağır xəsarətlərlə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölənlərin və yaralının adları: 

1983-cü il təvvəlüldlü Abşeron rayon Masazır qəsəbəsinin sakini Allahverdiyev Ramin Yaqub oğlu

1986-cı il təvəllüdlü Bakı şəhər sakini Əliyev İsa Rövşən oğlu

1979-cu il təvəllüdlü Oğuz rayon Padar kənd sakini Kərimov Kənan Səyyah oğlu

Yaralı: 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Seyfəddinov Təyyar Cilovxan oğlu 

Rəşad Türkoğlu

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi