İsmayıllıda cüdo müzakirələri

ismayillida-cudo-muzakireleri
Oxunma sayı: 644

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatına görə, Seminarda dövlət başçısının, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğının uğurlu bəhrələrindən söz açılmaqla, bölgələrdə ilk dəfə olaraq keçirilən bu tədbirin 2012-ci ilin respublikamızda «İdman ili» elan olunması ilə bağlı ölkə rəhbərinin bu günlərdə imzaladığı Sərəncamla eyni vaxta təsadüf etdiyi vurğulanıb.

Qeyd olunub ki, ölkə rəhbərinin idmana göstərdiyi davamlı dəstək sayəsində əksəriyyəti bölgələrdə olmaqla yeni yaradılan Olimpiya İdman Komplekslərinin sayı ilbəil artır, ölkəmizdə olimpiya hərəkatı daim genişlənir, idmançılarımız, həmçinin cüdoçularımız möhtəşəm qələbələrə imza atır. Azərbaycan Prezidenti ölkəmizdə paralimpiya hərəkatının genişlənməsinə də daim böyük diqqət və qayğı göstərir və respublikamızın paralimpiyaçıları beynəlxalq turnirlərdə parlaq qələbələr qazanaraq cəmiyyətin digər idmançı üzvləri ilə bərabərhüquqlu statusa malik olduqlarını təsdiq edirlər.

Cəmiyyətimizdə idmana, o cümlədən cüdoya maraq hissinin günbəgün artdığı, gənclər arasında cüdonun populyar idman növünə çevrildiyi vurğulanmaqla, bildirilib ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə səyləri nəticəsində bölgələrdə cüdonun inkişafı üçün müvafiq maddi-texniki bazaların potensialı artırılıb.

Keçirilən bu tədbir də cüdo idman növünün respublikanın digər rayon və şəhərlərində daha geniş vüsət alması, eyni zamanda bölgələrdə paralimpiya hərəkatının dəstəklənməsi üçün birgə səylərin göstərilməsi, bu sahədə qarşıda duran vəzifələrin müzakirə olunması məqsədinə xidmət edir.

Məlumat üçün bildirək ki, hazırda ölkənin 19 şəhər və rayonu üzrə cudo idman növünə 25 nəfər məşqçi və 802 nəfər yeniyetmə cəlb olunub.

Mövzu ətrafında geniş müzakirələrin aparıldığı seminarda cudo idman növü ilə bağlı məlumat-təbliğat xarakterli bukletlər, müxtəlif çap materialları tədbir iştirakçılarına paylanıb.

Tədbirdən sonra İsmayıllı rayon yeniyetmələri arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi keçirilib.