İsmayıllıda fəhlə söküntü zamanı öldü - Foto+Yenilənib

ismayillida-fehle-sokuntu-zamani-oldu
Oxunma sayı: 3727

İsmayıllı rayonunda söküntü zamanı fəhlə ölüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə aprelin 22-də saat 17 radələrində rayonun M.F.Axundov küçəsində yerləşən yarımtikilidə baş verib.

“Ziyalılar evi” kimi tikilməsi nəzərdə tutulan, lakin tikintisi yarımçıq qalan obyektin sökülməsi zamanı beton dirək aşaraq beton panellərin üzərinə düşüb. Bu zaman fəhlə, 1987-ci il təvəllüdlü Elnur Nurməmmədov ikinci mərtəbədən yıxılaraq beton panellərin arasında qalaraq ölüb. 

Hadisə yerinə və meyitə baxış keçirilib, ilkin ifadələr alınıb, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti təhlükəsizlik qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.