İsmayıllıda gənclər üçün kampaniya keçirilib - Fotolar

ismayillida-gencler-ucun-kampaniya-kecirilib-fotolar
Oxunma sayı: 700

“Qafqazinfo”nun məlumatına görə, İsmayıllı şəhər 2 saylı məktəbdə baş tutan kampaniyanın açılış mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil, Gənclər və İdman idarələrinin əməkdaşları iştirak ediblər. Milli Şuranın İdarə heyətinin üzvü Heydər Atayevin rəhbərlik etdiyi işçi qrupu kampaniyanı həyata keçiriblər. 150 məktəblinin iştirakı ilə keçirilən Kampaniyada iki istiqamət üzrə Azərbaycanın inzibati ərazi vahidləri tanınıb. Həm www.miras.az saytında həm də əvvəlcədən hazırlanmış puzzle formasında Azərbaycan xəritəsi gənclər tərəfindən toplanılıb.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders dəstək verir.

Səidə Teyyubqızı