İsmayıllıda iki uşaq atası özünü yandırıb - Yenilənib

ismayillida-iki-usaq-atasi-ozunu-yandirib
Oxunma sayı: 2871

İsmayıllıda iki uşaq atası özünü yandırıb.

"Qafqazinfo" xəbər verir ki, rayonun Mücəftaran kənd sakini 1984-cü il təvəllüdlü Rəcəbəliyev Ramil Nazim oğlu üzərinə benzin tökərək özünü yandırıb. Ağır vəziyyətdə olan yaralı əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda isə Bakıya yola salınıb. 

Faktla bağlı araşdırma aparılır. 

***

İlkin məlumatlara görə, yoldaşından ayrılan Mücəftaran kənd sakini uşaqlarını görmək üçün rayon mərkəzinə yoldaşının atasıgilə gedib. Qonşuların sözlərinə görə, uşaqlarını görə bilmədiyi üçün gənc ata üzərinə benzin tökərək özünü yandırıb.

Rəşad Türkoğlu