İsmayıllıda kütləvi zəhərlənmə

ismayillida-kutlevi-zeherlenme
Oxunma sayı: 2057

İsmayıllıda kütləvi zəhərlənmə halı baş verib. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, zəhərlənmə ehtimalı ilə Mərkəzi Rayon Xəstəxanasına 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib. 

Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. 

Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.