İsmayıllıda maşın 15 baş qoyunu vuraraq öldürdü

ismayillida-masin-15-bas-qoyunu-vuraraq-oldurdu
Oxunma sayı: 784

İsmayıllı rayonunda qoyun sürüsünün tələfatı ilə nəticələnən ağır yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Tircan kəndi ərazisində qeydə alınıb.

Hadisə qoyun sürüsünün qəflətən avtomobil yoluna çıxması nəticəsində baş verib.
 
Belə ki, rayonun Yeniyol kənd sakini Fəridov İsmayıl Rövşən oğlu idarə etdiyi 10-SD-276 dövlət nömrə nişanlı “VAZ 21099” markalı minik avtomobilini yolun ortasındakı qoyun sürüsünə çırparaq 15 baş xırda buynuzlu heyvanı tələf edib. Çobanlar qoyunların qarşısını ala bilmədikləri üçün sürünün avtomobil yoluna çıxdığını deyirlər. Qəza zamanı kənd sakininə 2 min manatdan çox maddi ziyan dəyib.
 
Hadisə yerinə İsmayıllı rayon Polis Şöbəsinin və rayon baytarlıq idarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.