İsmayıllıda maşın aşdı, 3 nəfər yaralandı

ismayillida-masin-asdi-3-nefer-yaralandi
Oxunma sayı: 1635

İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Tağlabiyan kəndində qeydə alınıb.

Kənd sakini 1967-ci il təvəllüdlü Nizami Canıyev idarə etdiyi “NİVA” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı Nizami Canıyev, həyat yoldaşı 1969-cu il təvəllüdlü Elmira Canıyeva, sərnişini 2009-cu il təvəllüdlü Gülay Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.