İsmayıllıda qəzada bir nəfər yaralandı

ismayillida-qezada-bir-nefer-yaralandi
Oxunma sayı: 1807

İsmayıllı rayonunda yol qəzasında bir nəfər yaralanıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə rayonun Kürdmaşı kəndi ərazisində baş verib.

İsmayıllı rayon sakini, 1976-cı il təvəllüdlü Mehman Səfərov idarə etdiyi 31 BG 129 nömrəli" VAZ 2109" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə xəsarət alan sürücü İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu