İsmayıllıda saxlanılanın vəkilindən açıqlama gəldi

ismayillida-saxlanilanin-vekilinden-aciqlama-geldi
Oxunma sayı: 638

“Qafqazinfo”ya müraciət edən N. Abbasov bildirib ki, yanvarın 25-dən rəsmi qaydada müraciət etsə də Vasif İbrahimovla görüşə bilməyib: “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən təqsirləndirilən şəxslə görüşə icazə verilmir. Bu gün etdiyim müraciətə də növbətçi hissə əməkdaşı bizə bildirdilər ki, müstəntiqin şəxsən iştirakı ilə görüşə bilərsiniz. Mən də müstəntiqə zəng vururam cavab vermir. Artıq məndə tam şübhə yaranıb ki, saxlanılan şəxsə işgəncə verilir”.

Vəkil qeyd edib ki, qanuna görə, saxlanılan şəxs 24 saat ərzində saxlandığı yerdən istintaq təcridxanasına köçürülülməlidir, amma bu günə qədər Vasif hələ də idarədə saxlanılır: “Vasifin həbs olunması da saxtakarlıqla olub. Onu şahid qismində dindirmək üçün çağırıblar və dindirildəkdən sonra onu oğurlayaraq Bakıya gətiriblər və haqqında saxta tutulma protokolu tərtib ediblər”.

Gülnar