İsmayıllıda silah-sursat aşkarlanıb

ismayillida-silah-sursat-askarlanib
Oxunma sayı: 1136

Martın 23-də  Daxili İşlər Nazirliyinin “102”  Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə İsmayıllı şəhəri, Babadağ küçəsində 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
 
ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
 
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə dalan 2 ev 1 ünvanına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
Aşkar olunmuş əl qumbarası və partladıcının ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.