İsmayıllıdakı hadisələrdə həbs olunanlarla görüş olub

ismayillidaki-hadiselerde-hebs-olunanlarla-gorus-olub-
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, həımin şəxslər saxlanılma şəraiti və onlara qarşı rəftardan şikayət etməyiblər
Məlum olub ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 10 nəfərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 233 və 315.2-ci maddələri üzrə, 2-si ilə bağlı isə 221.2.1-ci maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxslərin hər biri dövlət hesabına vəkillə təmin ediliblər.

Başçəkmə zamanı, həmçinin BMCMİ-nin Müvəqqəti saxlanılma yerinin yeni təmir edildiyi və müasir tələblərə tam cavab verdiyi məlum olub.
Müvəkkilin Baş Prokurorluğa müraciəti nəticəsində təqsirləndirilən şəxslərin öz seçdikləri vəkillə görüşməsi və onların müvəqqəti saxlanılma yerindən istintaq təcridxanasına köçürülməsinin təmin olunması üzrə tədbirlər görüldüyü bildirilib.